BANK

05 Fevral

Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb - Taleh Kazımov

2025-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları artaraq 85,1 milyard ABŞ dolları səviyyəsinə çatıb.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 2026-cı ilin faiz dəhlizinin parametrlərinə dair mətbuat konfransında açıqlayıb. O bildirib ki, AMB-nin ehtiyatları 11,5 milyard ABŞ dolları təşkil edir.

T.Kazımovun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyir.

"2026-cı ilin 1 yanvar tarixinə ölkənin xarici dövlət borcu 4,8135 milyard ABŞ dolları və ya faktiki ÜDM-in 6,3%-i səviyyəsində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 316,2 milyon ABŞ dolları və ya 6,2% azalıb".

AMB sədri vurğulayıb ki, strateji valyuta ehtiyatlarının artımı ölkənin maliyyə sabitliyini gücləndirir və xarici borcun idarə olunmasını asanlaşdırır.

Fuad Mədətov
Finss.az