BANK

04 Fevral

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 0,6 faiz bəndi enib

2026-cı ilin yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları, yəni 2025-ci il üzrə 129 milyard 94 milyon manat səviyyəsində olub. Bu, faktiki ÜDM-in 6,3%-i deməkdir.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2% azalıb.

Xarici borcun azalmasına əsas səbəb 2025-ci il ərzində vaxtı çatmış əsas borc ödənişlərinin 472,8 milyon ABŞ dolları məbləğində həyata keçirilməsi olub. Eyni zamanda, kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları vəsaitin istifadə edilməsixarici valyuta məzənnələrinin ABŞ dollarına qarşı möhkəmlənməsi nəticəsində borcun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları qədər artım müşahidə edilib.

Beləliklə, 2026-cı ilin yanvarın 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.

Fuad Mədətov
Finss.az