Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 2026-cı il aprelin 2-də ictimaiyyətə açıqlanacaq.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, qərar proqnozlaşdırılan və faktiki inflyasiyanın istiqaməti, eləcə də makroiqtisadi təhlillərin nəticələri nəzərə alınmaqla qəbul ediləcək.
Məlumatda vurğulanıb ki, Mərkəzi Bank qiymət sabitliyinin təmin olunması məqsədilə sərəncamındakı bütün pul siyasəti alətlərindən istifadə etməyə davam edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin son qərarına əsasən faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Nəticədə:
- Uçot dərəcəsi – 6,5%
- Faiz dəhlizinin aşağı həddi – 5,5%
- Faiz dəhlizinin yuxarı həddi – 7,5%
səviyyəsində müəyyən edilib.
Mütəxəssislərin fikrincə, faiz dəhlizində edilən bu dəyişikliklər pul bazarında faizlərin tənzimlənməsi, inflyasiya gözləntilərinin sabit saxlanılması və maliyyə sabitliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Fuad Mədətov
Finss.az
