BANK

04 Fevral

2025-ci ildə nağd valyuta alışı satışı 423 mln. dollar üstələyib

Valyuta bazarındakı sabitlik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci il ərzində mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 423 milyon ABŞ dolları üstələyib.

Məlumata görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2025-ci ildə 2,6 faiz bəndi azalaraq 28%-ə enib. Bu göstərici məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.

Qeyd olunub ki, mövcud şəraitdə 2025-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,1% artaraq 11,5 milyard ABŞ dollarına çatıb.

Məlumatda vurğulanır ki, valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0,7 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6,9 milyard ABŞ dollarını ötüb.

AMB-nin yenilənmiş makroiqtisadi proqnozlarına əsasən, 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli qalacağı gözlənilir.

Fuad Mədətov
Finss.az