Hazırda Azərbaycanda illik inflyasiya hədəf daxilində qalmağa davam edir və son iki ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2% təşkil edib.
Məlumatda qeyd olunur ki, qiymətlər illik ifadədə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 2,5% artıb.
Bildirilib ki, illik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4,8% olub. Bu göstərici inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın səviyyədə olduğunu göstərir.
AMB-nin məlumatında vurğulanır ki, faktiki inflyasiya əsasən xarici və daxili xərc amillərinin təsiri altında formalaşır.
Fuad Mədətov
Finss.az
