Finss.az - 2026-cı ilin fevral proqnozlarına əsasən, Azərbaycanda illik inflyasiya 2026-cı ildə 5,5%, 2027-ci ildə isə 4% səviyyəsində proqnozlaşdırılır.
Ötən 11 ayın nəticələrinə görə, ölkədə orta illik inflyasiya 5,7% təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı il üzrə inflyasiya proqnozu əvvəlki proqnoza nisbətən azaldılma istiqamətində dəyişdirilib. Ötən iclasdan bəri inflyasiya riskləri balansında ciddi dəyişiklik baş verməyib.
Qlobal risklər və daxili faktorlar
-
Qlobal geosiyasi gərginliklər və iqtisadi fraqmentasiya meyilləri
-
Qlobal ticarət mühitində qeyri-sabitlik
-
Əmtəə və maliyyə bazarlarında qeyri-müəyyənlik
-
İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riskləri
Daxili risklər arasında isə əsas amil daxili xərc faktorlarının gözləniləndən yüksək reallaşması ola bilər. Bu risklərin təsiri ticarət tərəfdaşlarında inflyasiyanın gedişi, qlobal əmtəə qiymətlərinin dəyişməsi və nominal effektiv məzənnənin dalğalanmasından asılıdır.
Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin nəticələrinə əsasən verəcək. Bank qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəyini bildirib.
