2025-ci il ərzində Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatların ümumi həcmi 6,8 milyard manat, əməliyyatların sayı isə 9,6 milyon ədəd təşkil edib.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə XÖHKS üzrə əməliyyatların həcmi 726 milyon manat və ya 12% artıb, əməliyyatların sayı isə 5,334 milyon ədəd və ya 35,8% azalıb.
Xatırladılır ki, 2024-cü ildə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 6 milyard manat, sayı isə 14,9 milyon ədəd olub.
Hesabat məlumatlarına görə, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda 22 bank fəaliyyət göstərib. Bu dövrdə bank filiallarının sayı 502, şöbələrin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Eyni zamanda, hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27 389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə isə artım 8% və ya 2 026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat səviyyəsində formalaşıb.
Fuad Mədətov
Finss.az
