2026-cı il yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25,822 milyard manat səviyyəsində olub.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 2,3 milyard manat və ya 8,3% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 781,9 milyon manat və ya 2,9% azalma deməkdir.
Eyni tarixdə bankların xalis daxili aktivləri 24,038 milyard manat təşkil edib. Bu, aylıq 1,6 milyard manat və ya 8,5% artım, illik müqayisədə isə 4,1 milyard manat və ya 20,8% artım deməkdir.
Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 57,086 milyard manat, cəmi öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,342 milyard manat təşkil edib.
Fuad Mədətov
Finss.az
