BANK

04 Fevral

Azərbaycan manatının nominal effektiv məzənnə indeksi 2,5 % bənd olub

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnə indeksi 102,5 faiz bənd təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 0,9 faiz bənd, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 6,7 faiz bənd azalma göstərib.

Eyni dövr üzrə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə indeksi 174,1 faiz bənd olub ki, bu da aylıq −1,4 faiz bənd, illik −9,6 faiz bənd azalma deməkdir.

Real effektiv məzənnə indeksləri də azalma göstərib:

  • Ümumi real effektiv məzənnə indeksi: 115,8 faiz bənd (aylıq −0,5, illik −9,3)

  • Qeyri-neft sektoru üzrə real effektiv məzənnə indeksi: 112,1 faiz bənd (aylıq −0,5, illik −9,6)

Bank sektorunun struktur göstəricilərinə görə, bank filiallarının sayı 502, bank şöbələrinin sayı 87, bankomatların sayı 3 486 təşkil edir.

Sektor üzrə işçilərin sayı 27 389 nəfər olub ki, bu da aylıq artım 1,4% və ya 369 nəfər, illik artım isə 8% və ya 2 026 nəfər deməkdir.

Maliyyə göstəricilərinə əsasən, bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat səviyyəsindədir.

Fuad Mədətov
Finss.az