BANK

03 Fevral

Azərbaycanda manatla pul kütləsi artıb

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49,860 milyard manat təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,365 milyard manat və ya 7,2% artım deməkdir.

Manatla pul kütləsi (M2 aqreqatı) 40,393 milyard manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,741 milyard manat və ya 10,2% artım deməkdir. Hesabat dövründə M1 pul aqreqatının həcmi 32,183 milyard manat, yəni 2,536 milyard manat və ya 8,6% artım göstərib.

Bank sektorunun struktur göstəricilərinə görə, 22 bankın filiallarının sayı 502, şöbələrin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edir.

Sektor üzrə işçilərin sayı 27 389 nəfər olub ki, bu da aylıq artım 1,4% və ya 369 nəfər, illik artım isə 8% və ya 2 026 nəfər deməkdir.

Maliyyə göstəricilərinə əsasən, bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat səviyyəsində olub.

Fuad Mədətov
Finss.az