2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 145 min ədəd artaraq 21 milyon 980 min ədədə çatıb.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5% artım nümayiş etdirib. Debet kartlarının sayı 12,8% artıb, kredit kartlarının sayı isə 8% azalıb.
Məlumatda bildirilir ki, ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, 2025-ci ilin dekabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi 10,097 milyon manat təşkil edib ki, bunun 8,833 milyon manatı elektron ticarətə, 1,260 milyon manatı POS-terminallara, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatlara düşüb.
İlin əvvəlindən etibarən, ödəniş kartları ilə həyata keçirilən nağdsız əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 67,6%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
