2025-ci il ərzində Azərbaycanda bankların kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,1 milyard manat səviyyəsinə çatıb.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, kredit portfelinin strukturuna görə, biznes kreditləri 53,6% (16,1 milyard manat), istehlak kreditləri 31,1% (9,4 milyard manat) və ipoteka kreditləri 15,4% (4,562 milyard manat) paya malik olub.
Bankların öhdəlikləri arasında depozit portfeli üstünlük təşkil edir – ümumi öhdəliklərin 76,8%-i və ya 38,2 milyard manat depozitlərdən ibarətdir.
Depozit portfelinin 57,3%-i (21,9 milyard manat) hüquqi şəxslərin, 42,7%-i (16,3 milyard manat) isə fiziki şəxslərin əmanətlərindən ibarətdir (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla).
Fiziki şəxslərin depozitlərinin 68,5%-i (11,2 milyard manat) milli valyutada, 31,5%-i (5,1 milyard manat) isə xarici valyutada yerləşdirilib. Onların depozit portfelinin 63,2%-i (10,3 milyard manat) müddətli əmanətlərdən ibarət olub.
Dekabr ayında fiziki şəxslərin müddətli əmanətləri 3,5% (352,1 milyon manat), tələb olunanadək əmanətləri isə 2,1% (123,7 milyon manat) artıb.
Fuad Mədətov
Finss.az
