BANK

03 Fevral

Azərbaycanda bankomat dövriyyəsində artım qeydə alınıb

2025-ci ildə Azərbaycanda bankomatlar vasitəsilə həyata keçirilən nağd pul çıxarışlarının ən yüksək sayı 16,8 milyon əməliyyat, bu əməliyyatların ümumi dəyəri isə 4,6 milyard manat təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 137 min əməliyyat və ya 0,8%, dəyər ifadəsində isə 466 milyon manat və ya 10,7% artıb.

Qeyd olunub ki, 2024-cü ildə Azərbaycanda bankomatlar vasitəsilə həyata keçirilən nağd pul çıxarışlarının ən yüksək sayı 16,8 milyon əməliyyat, ümumi dəyəri isə 4,6 milyard manat səviyyəsində qeydə alınmışdı.

Mərkəzi Bankın məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 olub.

Hesabat dövründə bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə bank sektorunda məşğulluq 8% və ya 2,026 nəfər artım göstərib.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.

Məlumata əsasən, hesabat dövründə bank sektorunun məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

Fuad Mədətov
Finss.az