BANK

03 Fevral

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

2026-cı ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 526,476 milyon manat təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sözügedən göstərici əvvəlki ayla müqayisədə 1,1 milyon manat və ya 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 53,2 milyon manat və ya 11,2% artıb.

Hesabat dövründə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,73% səviyyəsində olub. Regiona yönəldilmiş kreditlərin 525,945 milyon manatı milli valyutada, 531 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 2 milyon manat və ya 8,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17 milyon manat və ya 2,8 dəfə artaraq 26,516 milyon manata çatıb.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 14,42% təşkil edib. Region üzrə kreditlərin 17,484 milyon manatı milli valyutada, 9,033 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, hesabat dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 552,992 milyon manata bərabər olub.

Qeyd edilib ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının ümumi həcmi 30,063 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 377,5 milyon manat və ya 1,3%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,6 milyard manat və ya 9,4% artım göstərib.

Fuad Mədətov
Finss.az