BANK

03 Fevral

Azərbaycanda AZIPS sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi artıb

2025-ci ildə Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZİPS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 99,4 milyard manat, əməliyyatların sayı isə 304,3 min ədəd təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə AZİPS sistemi üzrə aparılan əməliyyatların həcmi 20 milyard manat və ya 25,2%, sayı isə 48,7 min ədəd və ya 19,1% artıb.

Qeyd olunub ki, 2024-cü ildə AZİPS vasitəsilə həyata keçirilən əməliyyatların ümumi həcmi 79,4 milyard manat, əməliyyatların sayı isə 255,6 min ədəd olmuşdu.

Mərkəzi Bankın məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat dövründə bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə bank sektorunda məşğulluq 8% və ya 2,026 nəfər artım göstərib.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.

Məlumata əsasən, hesabat dövründə bank sektorunun məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

Fuad mədətov
Finss.az