BANK

03 Fevral

Azərbaycanda problemli kreditlərin illik həcmi 75,4 milyon manat təşkil edib

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 524,5 milyon manat təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici dekabr ayı ilə müqayisədə 33,1 milyon manat və ya 5,9% azalıb, lakin son 1 il ərzində problemli kreditlərin həcmi 75,4 milyon manat və ya 16,8% artıb.

Cari ilin əvvəlində vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6% səviyyəsində olub.

Fuad Mədətov
Finss.az