BANK

03 Fevral

Azərbaycanda rezident Visa kartları ilə əməliyyatlar artıb

2025-ci ilin sonuna olan məlumatlara görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış Visa kartları (o cümlədən statistik vahidlərin ödəniş kartları) ilə aparılan əməliyyatların sayı 160 milyon, əməliyyatların ümumi həcmi isə 9,2 milyard manat təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə rezident Visa kartları ilə əməliyyatların sayı 47 milyon və ya 42,9% artıb, əməliyyatların həcmi isə 2,1 milyard manat və ya 29,6% yüksəlib.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış Visa kartları ilə hesabat dövründə 847,9 min əməliyyat icra olunub və əməliyyatların ümumi həcmi 80,8 milyon manat olub.

Qeyd olunur ki, rezident kartlar üzrə əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla aparılan bütün tranzaksiyaları əhatə edir. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə edilən əməliyyatları əhatə edir.

Fuad Mədətov
Finss.az