BANK

03 Fevral

Azərbaycanda UnionPay kartları üzrə əməliyyat həcmi 0,06 mln manat olub

2025-ci ilin sonuna olan məlumatlara görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “UnionPay” kartları vasitəsilə aparılan əməliyyatların sayı 0,2 min, əməliyyatların ümumi həcmi isə 0,06 milyon manat təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə rezident UnionPay kartları ilə əməliyyatların sayı 0,1 min və ya 33,3% azalıb, əməliyyatların həcmi isə 0,01 milyon manat və ya 14,3% aşağı düşüb.

Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış UnionPay kartları ilə hesabat dövründə 1,2 min əməliyyat icra olunub və əməliyyatların ümumi həcmi 0,2 milyon manat olub.

Qeyd olunur ki, rezident kartlar üzrə əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla aparılan bütün tranzaksiyaları əhatə edir. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə edilən əməliyyatları əhatə edir.

Fuad Mədətov
Finss.az