BANK

03 Fevral

Azərbaycanda rezident MasterCard əməliyyatlarının sayı artıb

2025-ci ilin sonuna olan məlumatlara görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları vasitəsilə 86,1 milyon əməliyyat həyata keçirilib. Bu əməliyyatların ümumi həcmi 5,7 milyard manat təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 8,2 milyon və ya 10,5% artıb, əməliyyatların həcmi isə 66 milyon manat və ya 1,1% azalıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış MasterCard kartları ilə 589,1 min əməliyyat icra olunub və bu əməliyyatların ümumi həcmi 61,4 milyon manat olub.

Qeyd olunur ki, rezident kartlar üzrə əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla həyata keçirilən bütün tranzaksiyaları əhatə edir. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə aparılan əməliyyatları əhatə edir.

Fuad Mədətov
Finss.az