2025-ci ilin sonuna qədər Azərbaycanda “American Express” kartları ilə aparılan əməliyyatlarda azalma qeydə alınıb.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları (o cümlədən statistik vahidin ödəniş kartları) vasitəsilə 7 min əməliyyat həyata keçirilib və bu əməliyyatların ümumi həcmi 0,6 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu kartlarla aparılan əməliyyatların sayı 0,9 min və ya 11,4%, əməliyyatların həcmi isə 0,3 milyon manat və ya 33,3% azalıb.
Eyni zamanda bildirilib ki, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları ilə hesabat dövründə 1,6 milyon əməliyyat icra olunub, bu əməliyyatların ümumi həcmi isə 0,8 min manat olub.
Qeyd olunub ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə ölkə ərazisində aparılan tranzaksiyalar hesab olunur.
Fuad Mədətov
Finss.az
