BANK

02 Fevral

Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,692 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 12,6 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 94,1 milyon manat və ya 5,9% artıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,471 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 462,5 milyon manat (1,4%), 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyard manat (9,2%) artım deməkdir.

Fuad Mədətov
Finss.az