BANK

02 Fevral

Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşları artıb

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,866 milyard manat olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 4,9 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,8 milyon manat və ya 0,4% artıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,471 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 462,5 milyon manat (1,4%), 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyard manat (9,2%) artım deməkdir.

Fuad Mədətov
Finss.az