BANK

02 Fevral

Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları artıb

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 2,199 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 55,1 milyon manat (2,6%), əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 338,7 milyon manat (18,2%) artım deməkdir.

Qeyd olunur ki, ölkədə fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən real sektor üzrə ümumi kredit portfeli 32,471 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 462,5 milyon manat (1,4%), 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyard manat (9,2%) artım anlamına gəlir.

Fuad Mədətov
Finss.az