BANK

02 Fevral

Azərbaycanın elektron ticarət həcmi 441 milyon manat olub

2025-ci ildə Azərbaycanda elektron ticarət vasitəsilə 5,8 min əməliyyat həyata keçirilib, ümumi məbləğ 441 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə əməliyyat sayı 14,2%, ümumi həcm isə 19,5% azalma deməkdir.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə ölkədə elektron ticarət əməliyyatlarının sayı 5,8 min, ümumi məbləği isə 441 milyon manat olub.

2024-cü ildə elektron ticarət vasitəsilə 6,8 min əməliyyat həyata keçirilmiş və 548 milyon manat həcmində ödəniş edilmişdi. Beləliklə, ötən il əməliyyat sayı 968 vahid və ya 14,2%, ümumi həcm isə 107 milyon manat və ya 19,5% azalma nümayiş etdirib.

Eyni dövrdə bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 145 min ədəd artaraq 21 milyon 980 min ədədə çatıb, bu da 2024-cü illə müqayisədə 10,5% artım deməkdir.

Fuad Mədətov
Finss.az