2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 443 milyon manat kredit verib ki, bu göstərici 2024-cü illə müqayisədə 0,7% artım deməkdir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, İKZF-nin xətti ilə 2025-ci ildə 443 milyon manat kredit verilib, bu da ötən illə müqayisədə 2,9 milyon manat və ya 0,7% artım deməkdir.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 434,9 milyon manat olub, bu göstərici 2024-cü illə müqayisədə 12,4 milyon manat və ya 2,8% azalma nümayiş etdirir.
Eyni zamanda, fondun yerləşdirilmiş istiqrazlarının həcmi 50 milyon manat artaraq 650 milyon manata çatıb, yəni 8,3% artım qeydə alınıb.
Dövlət büdcəsindən fonda ayrılmış vəsait isə 85,2 milyon manat təşkil edib ki, bu da 2,5 milyon manat və ya 2,8% azalma deməkdir.
