2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən 22 bankın ümumi aktivləri 57,086 milyard manat, balans kapitalı isə 7,343 milyard manat təşkil edib. Bankların borc öhdəlikləri isə 49,744 milyard manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə bankların məcmu aktivləri 2,8% azalaraq 57,086 milyard manat, məcmu borc öhdəlikləri isə 7,2% azalma ilə 49,744 milyard manat təşkil edib. Balans kapitalı isə 11% artaraq 7,343 milyard manat olub.
2024-cü ildə Aktiv Ödəniş Sistemləri (AÖS) vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 109,9 milyon manat, sayı isə 99 min ədəd olub.
Bank sektorunun infrastruktur göstəriciləri də artıb:
- Filialların sayı: 502
- Şöbələrin sayı: 87
- Bankomatların sayı: 3 486
Eyni zamanda, bank sektorunda çalışanların sayı 27,389 nəfər olub ki, bu da illik müqayisədə 1,4% (369 nəfər) artım, ilin əvvəli ilə müqayisədə isə 8% (2,026 nəfər) artım deməkdir.
Fuad Mədətov
Finss.az
