BANK

26 Yanvar

Azərbaycanda bankların biznes kredit portfelinin dinamikası üzrə RENKİNQİ - IV RÜB/2025

Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin dinamikası üzrə renkinqi açıqlanıb.

Finss.az xəbər verir ki, 2025-ci ilin 4-cü rübünün sonuna olan vəziyyət göstərir ki, ilin sonunda biznes kredit portfelini ən sürətlə artıran bank Bank Melli İran Bakı filialı olub və portfeli 4,9 dəfə artıb.

Yüksək artım göstəricisi ilə digər banklar isə AFB Bank ASC (76,5%), Yapı Kredi Bank Azərbaycan QSC (64,3%)Ziraat Bank Azərbaycan ASC (39,5%) olub. Unibank KB ASC (26,9%), Expressbank ASC (20,5%) və Azərbaycan Sənaye Bankı ASC (15,4%) da əhəmiyyətli artım göstərənlər sırasındadır.

Orta səviyyədə artım göstərən banklar sırasında Yelo Bank ASC (14,7%), Azərbaycan Beynəlxalq Bankı ASC (14,0%), AccessBank QSC (13,4%), Bank of Baku ASC (12,1%), Bank Respublika ASC (10,1%)Rabitəbank ASC (4,8%) yer alır.

Bəzi banklarda isə biznes kredit portfeli azalıb. Məsələn, Xalq Bank ASC (-6,1%), Bank Avrasiya ASC (-11,0%), Bank VTB (Azərbaycan) ASC (-14,0%), Azər Türk Bank ASC (-19,0%)Bank BTB ASC (-26,3%) ilə kredit portfeli geriləyib.

Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci ilin IV rübünün sonuna olan biznes kredit portfelinin dinamikası üzrə cədvəli təqdim edirik:

Bankın adı Biznes kredit portfelinin artımı
(min manat)
Artım
(%)
1 Bank Melli İran Bakı filialı 1,302 4,9 dəfə
2 AFB Bank ASC 68,860 76,5%
3 Yapı Kredi Bank Azərbaycan QSC 120,760 64,3%
4 Ziraat Bank Azərbaycan ASC 196,641 39,5%
5 Unibank KB ASC 117,648 26,9%
6 Expressbank ASC 33,845 20,5%
7 Azərbaycan Sənaye Bankı ASC 41,164 15,4%
8 Yelo Bank ASC 86,343 14,7%
9 Azərbaycan Beynəlxalq Bankı ASC 435,747 14,0%
10 AccessBank QSC 120,990 13,4%
11 Bank of Baku ASC 16,033 12,1%
12 Bank Respublika ASC 101,989 10,1%
13 Rabitəbank ASC 19,152 4,8%
14 PAŞA Bank ASC 111,432 3,7%
15 Kapital Bank ASC 26,790 1,6%
16 Premium Bank ASC -6,156 -1,8%
17 TuranBank ASC -13,126 -3,6%
18 Xalq Bank ASC -67,559 -6,1%
19 Bank Avrasiya ASC -6,899 -11,0%
20 Bank VTB (Azərbaycan) ASC -10,997 -14,0%
21 Azər Türk Bank ASC -59,314 -19,0%
22 Bank BTB ASC -15,733 -26,3%

Fuad Mədətov
Finss.az