Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin dinamikası üzrə 2025-ci ilin 4-cü rübünün sonuna olan vəziyyət açıqlanıb.
Finss.az xəbər verir ki, ilin sonunda kredit portfelini ən sürətli artıran bank AFB Bank ASC olub və onun portfeli 109,452 min manat və ya 59,8% artıb. İkinci yerdə Yapı Kredi Bank Azərbaycan QSC 149,669 min manat (47,1%) artımla qərarlaşıb, üçüncü sırada isə Ziraat Bank Azərbaycan ASC 237,142 min manat və ya 44,8% artımla yer alıb.
Məlumatda bildirilir ki, digər bankların artım göstəriciləri də fərqlidir. Bank of Baku ASC – 150,272 min manat (19,8%), Yelo Bank ASC – 153,981 min manat (16,5%), AccessBank QSC – 182,649 min manat (15,9%), Azərbaycan Sənaye Bankı ASC – 44,404 min manat (15%) artımla qeyd olunub. Unibank KB ASC – 150,108 min manat (13%) və Bank Respublika ASC – 181,743 min manat (12,3%) artım göstəricisi ilə öndədir.
Bəzi bankların kredit portfeli isə azalıb. Xalq Bank ASC – -39,801 min manat (-2,1%), Bank BTB ASC – -5,416 min manat (-1,9%) və Azər Türk Bank ASC – -12,541 min manat (-1,6%) ilə kredit portfelində azalma qeydə alınıb.
Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci ilin IV rübünün sonuna olan kredit portfelinin dinamikası üzrə cədvəli təqdim edirik:
№ Bankın adı Kredit portfelinin artımı
(min manat)Artım
(%)1 AFB Bank ASC 109,452 59,8% 2 Yapı Kredi Bank Azərbaycan QSC 149,669 47,1% 3 Ziraat Bank Azərbaycan ASC 237,142 44,8% 4 Bank of Baku ASC 150,272 19,8% 5 Yelo Bank ASC 153,981 16,5% 6 AccessBank QSC 182,649 15,9% 7 Azərbaycan Sənaye Bankı ASC 44,404 15,0% 8 Unibank KB ASC 150,108 13,0% 9 Bank Respublika ASC 181,743 12,3% 10 Azərbaycan Beynəlxalq Bankı ASC 729,183 11,5% 11 Rabitəbank ASC 93,197 11,0% 12 Expressbank ASC 47,753 9,5% 13 TuranBank ASC 54,222 8,3% 14 Kapital Bank ASC 208,785 4,0% 15 PAŞA Bank ASC 128,758 3,9% 16 Bank VTB (Azərbaycan) ASC 8,645 3,7% 17 Premium Bank ASC 11,971 2,6% 18 Bank Melli İran Bakı filialı 69 2,2% 19 Bank Avrasiya ASC 976 0,7% 20 Azər Türk Bank ASC -12,541 -1,6% 21 Bank BTB ASC -5,416 -1,9% 22 Xalq Bank ASC -39,801 -2,1%
Fuad Mədətov
Finss.az
