“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımın 2026-cı ildə sürətlənəcəyini proqnozlaşdırır.
Finss.az xəbər verir ki, agentliyin qiymətləndirmələrinə əsasən, Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı 2026-cı ildə 3%-ə çatacaq.
“Moody’s”in proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ÜDM-i 1,5% artım nümayiş etdirib. Agentlik 2027-ci ildə ölkə iqtisadiyyatında artım tempinin 2,5% səviyyəsində olacağını gözləyir.
Beləliklə, beynəlxalq reytinq agentliyinin hesablamalarına əsasən, 2026–2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2,75% təşkil edəcək.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,4% artıb.
Fuad Mədətov
Finss.az
