“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda inflyasiya tempinin 2026–2027-ci illərdə tədricən yavaşlayacağını proqnozlaşdırır.
Finss.az xəbər verir ki, agentliyin qiymətləndirmələrinə əsasən, ölkədə orta illik inflyasiya 2028-ci ilədək 4%-ə enəcək.
“Moody’s”in hesabatında qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,2% təşkil edib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 2,2%-lik inflyasiya səviyyəsindən əhəmiyyətli dərəcədə yüksək olub.
Agentliyin proqnozlarına görə, 2026-cı ildə ölkədə orta illik inflyasiya 4,8%-ə, 2027-ci ildə isə 4%-ə qədər yavaşlayacaq.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6% artıb. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8%, qeyri-qida məhsulları üzrə 2,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 6,5% yüksəlib.
Fuad Mədətov
Finss.az
