BANK

21 Yanvar

Azərbaycan Mərkəzi Bankı və Özbəkistan Milli Agentliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AMB-dən Finss.az-a verilən məlumata görə, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə yanaşı, kapital və sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin həyata keçirilməsi, maliyyə inklüzivliyi və əməliyyat səmərəliliyinin artırılması məqsədilə innovativ maliyyə texnologiyalarının inkişafının təşviq edilməsi nəzərdə tutulur.

Fuad Mədətov
Finss.az