Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 928 borcalana 3,767 milyard manat kredit ayırıb.
Finss.az xəbər verir ki, bu barədə fondun açıqlamasında bildirilib.
Həmçinin qeyd olunur ki, İKZF indiyə qədər 684,2 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, eyni zamanda 9 080 mənzil kirayəyə verilərək realizə edilib.
İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisi hesab olunur. Fond, milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin olunması məqsədilə dövlət dəstəyi ilə fəaliyyət göstərir.
Fuad Mədətov
Finss.az
