BANK

16 Yanvar

Azərbaycanda fəaliyyət göstərən bankların MƏNFƏƏT GÖSTƏRİCİLƏRİ - SİYAHI

2025-ci ilin yanvar–dekabr dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın hamısı xalis mənfəət əldə edib.

Finss.az xəbər verir ki, banklar arasında ilin maliyyə nəticələrinə görə lider ABB (Beynəlxalq Bank) olub və 335 milyon 693 min manat mənfəət qazanıb.

İkinci yerdə Kapital Bank (315 milyon 13 min manat) qərarlaşıb, üçüncü isə PAŞA Bank (148 milyon 896 min manat) olub.

Orta ölçülü banklar arasında Xalq Bank (61 milyon 81 min 315 manat), Bank Respublika (60 milyon 600 min manat)AccessBank (49 milyon 52 min manat) diqqət çəkir.

Kiçik və orta banklar arasında isə Premium Bank (11 milyon 356 min manat), Rabitəbank (11 milyon 331 min manat)Azər-Türk Bank (10 milyon 131 min manat) öndə gedir.

Ən aşağı xalis mənfəət isə Bank BTB (2 milyon 427 min manat)Turanbank (1 milyon 223 min manat) tərəfindən göstərilib.

Bankların adları və mənfəət məbləğlərinin siyahısı:

  1. ABB (Beynəlxalq Bank) – 335 milyon 693 min
  2. Kapital Bank – 315 milyon 13 min
  3. PAŞA Bank – 148 milyon 896 min
  4. Xalq Bank – 61 milyon 81 min 315
  5. Bank Respublika – 60 milyon 600 min
  6. AccessBank – 49 milyon 52 min
  7. Yelo Bank – 31 milyon 276 min
  8. Bank of Baku – 30 milyon 595 min
  9. Unibank – 25 milyon 781 min
  10. Ziraat Bank Azərbaycan – 23 milyon 254 min
  11. Premium Bank – 11 milyon 356 min
  12. Rabitəbank – 11 milyon 331 min
  13. Azər-Türk Bank – 10 milyon 131 min
  14. Yapı Kredi Bank Azərbaycan – 9 milyon 975 min
  15. Bank VTB (Azərbaycan) – 9 milyon 111 min
  16. Expressbank – 7 milyon 306 min
  17. Azərbaycan Sənaye Bankı – 6 milyon 627 min
  18. Bank Avrasiya – 5 milyon 81 min
  19. Bank Melli İran Bakı filialı – 4 milyon 412 min
  20. AFB Bank – 4 milyon 257 min
  21. Bank BTB – 2 milyon 427 min
  22. Turanbank – 1 milyon 223 min

Fuad Mədətov
Finss.az