2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,861 milyard manat təşkil edib.
Finss.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 29,1 milyon manat və ya 1,6% artıb, ötən ilin dekabrın 1-i ilə müqayisədə isə 91 milyon manat və ya 4,7% azalıb.
Ümumilikdə, həmin tarixə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,009 milyard manat olub. Bu, aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, illik müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.
Fuad Mədətov
Finss.az
