BANK

12 Yanvar

Azərbaycanda rabitə və nəqliyyat sektoruna kredit qoyuluşu artıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən rabite və nəqliyyat sektoruna qoyulmuş kreditlərin həcmi 2,143 milyard manat təşkil edib.

Finss.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 19,3 milyon manat və ya 0,9% artıb, ötən ilin dekabrın 1-i ilə müqayisədə isə 321,1 milyon manat və ya 17,6% yüksəlib.

Ümumilikdə, həmin tarixə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,009 milyard manat olub. Bu, aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, illik müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.

Fuad Mədətov
Finss.az