2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların kənd təsərrüfatı sahəsi üzrə biznes kredit portfeli 2,038 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 49,1 milyon manat və ya 2,5% artım, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 269,8 milyon manat və ya 15,2% yüksəliş deməkdir.
Məlumata görə, 2025-ci ilin noyabrın 1-nə bu sahə üzrə kreditlərin həcmi 1,989 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 1,769 milyard manat olub.
Ümumilikdə, dekabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 29,685 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 1% və ya 281,7 milyon manat artım deməkdir. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15,805 milyard manat), istehlak kreditləri 31,4% (9,319 milyard manat) və ipoteka kreditləri 15,4% (4,562 milyard manat) paya malikdir.
Fuad Mədətov
Finss.az
