BANK

07 Yanvar

Azərbaycanda sənaye sahəsi üzrə biznes kredit portfeli 2,677 milyard manat olub

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların sənaye sahəsi üzrə biznes kredit portfeli 2,677 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 14,7 milyon manat və ya 0,5% azalma, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 73,9 milyon manat və ya 2,7% azalma deməkdir.

Məlumata görə, 2025-ci ilin noyabrın 1-nə sənaye sahəsi üzrə kreditlərin həcmi 2,692 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 2,751 milyard manat təşkil edib.

Ümumilikdə, dekabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 29,685 milyard manat olub ki, bu da aylıq müqayisədə 1% və ya 281,7 milyon manat artım deməkdir. Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,2% (15,805 milyard manat), istehlak kreditləri 31,4% (9,319 milyard manat) və ipoteka kreditləri 15,4% (4,562 milyard manat) təşkil edir.

Fuad Mədətov
Finss.az