2025-ci ilin dekabrın 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,520 milyard manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 77,4 milyon manat və ya 2,2%, ötən ilin dekabrın 1-i ilə müqayisədə isə 429,5 milyon manat və ya 13,9% artım nümayiş etdirib.
Qeyd edək ki, 2025-ci ilin noyabrın 1-nə mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,442 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 3,090 milyard manat təşkil edib.
Eyni dövrdə Azərbaycanda bankların ümumi kredit portfeli 29,685 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 1% və ya 281,7 milyon manat artım deməkdir.
Kredit portfelinin strukturu aşağıdakı kimidir:
- Biznes kreditləri: 53,2% (15,805 milyard manat)
- İstehlak kreditləri: 31,4% (9,319 milyard manat)
- İpoteka kreditləri: 15,4% (4,562 milyard manat)
Fuad Mədətov
Finss.az
