2025-ci ilin dekabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,642 milyard manata çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, noyabr ayının əvvəlinə nisbətən kreditlər 12,6 milyon manat və ya 0,8% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 106,3 milyon manat və ya 6,9% çoxdur.
Noyabrın 1-nə bu göstərici 1,629 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 1,536 milyard manat təşkil etmişdi.
Ümumilikdə, dekabrın 1-nə Azərbaycan banklarının ümumi kredit portfeli 29,685 milyard manat olub. Kreditlərin strukturu belədir: biznes kreditləri 53,2% (15,805 milyard manat), istehlak kreditləri 31,4% (9,319 milyard manat), ipoteka kreditləri isə 15,4% (4,562 milyard manat) təşkil edib.
Fuad Mədətov
Finss.az
