BANK

06 Yanvar

Azərbaycanda orta sahibkarlığa verilən kreditlər artıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,279 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 13,1 milyon manat və ya 0,6% artıb.

İllik müqayisədə isə daha dinamik artım müşahidə olunub. Ötən ilin dekabrın 1-i ilə müqayisədə orta sahibkarlara verilən kreditlər 449,4 milyon manat və ya 24,6% yüksəlib. Belə ki, 2025-ci ilin noyabrın 1-nə bu kreditlərin həcmi 2,266 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 1,830 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 1% və ya 281,7 milyon manat artaraq 29,685 milyard manata çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15,805 milyard manat), istehlak kreditləri 31,4% (9,319 milyard manat)ipoteka kreditləri 15,4% (4,562 milyard manat) paya sahibdir.

Fuad Mədətov
Finss.az