2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların tikinti sahəsi üzrə biznes kredit portfeli 1,551 milyard manata çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, tikinti sektoru üzrə kreditləşmədə artım dinamikası müşahidə olunub. Belə ki, sözügedən portfel aylıq müqayisədə 39,6 milyon manat və ya 2,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 71,9 milyon manat və ya 4,9% artıb.
Məlumata görə, banklar tərəfindən tikinti sahəsinə yönəldilən biznes kreditlərinin həcmi 2025-ci ilin noyabrın 1-nə 1,512 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 1,479 milyard manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli əvvəlki ayla müqayisədə 281,7 milyon manat və ya 1% artaraq 29,685 milyard manata yüksəlib. Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,2% (15,805 milyard manat), istehlak kreditlərinin payı 31,4% (9,319 milyard manat), ipoteka kreditlərinin payı isə 15,4% (4,562 milyard manat) olub.
Fuad Mədətov
Finss.az
