BANK

05 Yanvar

Azərbaycan banklarının nəqliyyat sektoru üzrə biznes kredit portfeli artıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,890 milyard manat səviyyəsinə çatıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 96,9 milyon manat və ya 5,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 409,6 milyon manat və ya 27,7% artımı göstərir.

Qeyd olunub ki, 2025-ci ilin noyabrın 1-nə nəqliyyat sahəsi üzrə biznes kreditlərin həcmi 1,794 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 1,481 milyard manat təşkil etmişdi.

Eyni zamanda, 2025-ci ilin dekabrın 1-nə bankların Azərbaycanda ümumi kredit portfeli 29,685 milyard manat olub. Bu, aylıq müqayisədə 1% və ya 281,7 milyon manat artım deməkdir. Kredit portfelinin strukturu isə aşağıdakı kimidir:

  • Biznes kreditləri: 53,2% (15,805 milyard manat)
  • İstehlak kreditləri: 31,4% (9,319 milyard manat)
  • İpoteka kreditləri: 15,4% (4,562 milyard manat)

Fuad Mədətov
Finss.az