BANK

05 Yanvar

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əmanətlər artıb

2025-ci ilin noyabr ayında Qarabağ iqtisadi rayonunda cəlb olunmuş əmanətlərin həcmi 105,910 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay əvvəlki vəziyyətə nisbətən 389 min manat və ya 0,4% az, ötən ilin noyabr ayının göstəricisi ilə müqayisədə isə 16,3 milyon manat və ya 18,2% çox olub. Hesabat dövründə region üzrə əmanətlərin orta faiz dərəcəsi 5,33% təşkil edib.

Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunda cəlb olunmuş əmanətlərin həcmi 808 min manat olub. Bu, bir ay əvvəlki göstəriciyə nisbətən 173 min manat və ya 17,6% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 416 min manat və ya 2,1 dəfə çoxdur. Region üzrə əmanətlərin orta faiz dərəcəsi 4,55% səviyyəsində qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,182 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyard manat və ya 13,7% çoxdur.

Fuad Mədətov
Finss.az