2025-ci il dekabrın 1-nə Azərbaycanda bankların xalis xarici aktivləri 28,148 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 428,4 milyon manat və ya 1,5% az, ilin əvvəli ilə müqayisədə 1,5 milyard manat və ya 5,8% artıb, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə 961,3 milyon manat və ya 3,5% çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 20,514 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 1,6 milyard manat və ya 8,5%, ilin əvvəli ilə müqayisədə 622,8 milyon manat və ya 3,1%, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə 3 milyard manat və ya 17,2% artıb.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda ümumi aktivləri 58,748 milyard manat olan 22 bank fəaliyyət göstərir.
Fuad Mədətov
Finss.az
