BANK

05 Yanvar

Azərbaycanda lokal kartlarla əməliyyatların sayı azalıb, həcmi isə artıb

2025-ci ilin noyabr ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi lokal kartlar vasitəsilə aparılan əməliyyatların sayı 62,1 min ədəd, əməliyyatların həcmi isə 60,53 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə lokal kartlarla aparılan əməliyyatların sayı 179,8 min ədəd və ya 74,3% azalıb, əməliyyatların həcmi isə 4,63 milyon manat və ya 8,3% artım göstərib.

Qeyd olunur ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyaları əhatə edir.

Fuad Mədətov
Finss.az