2025-ci ilin dekabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 525,324 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,1% artım deməkdir. Region üzrə kreditlərin orta faiz dərəcəsi 19,77%, verilmiş kreditlərin 524,708 milyon manatı milli valyutada, 616 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.
Eyni tarixdə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşları 24,534 milyon manat təşkil edib. Bu, əvvəlki aya nisbətən 41,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,3% artım deməkdir. Region üzrə kreditlərin orta faiz dərəcəsi 14,37%, kreditlərin 15,674 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.
Beləliklə, dekabrın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşları 549,858 milyon manat olub. Eyni tarixdə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının həcmi isə 29,685 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,5% çoxdur.
Fuad Mədətov
Finss.az
