2025-ci ilin noyabr ayının sonuna olan məlumata əsasən, rezident maliyyə qurumları tərəfindən buraxılmış “Visa” kartları ilə 130,7 milyon əməliyyat həyata keçirilib, əməliyyatların ümumi həcmi isə 7,2 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 38,6% artaraq 36,4 milyon ədəd, əməliyyatların həcmi isə 24,1% artaraq 1,4 milyard manat yüksəlib.
Eyni dövrdə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 721,7 min, həcmi isə 64 milyon manat olub.
Qeyd edilir ki, rezident kartlar üzrə əməliyyatlar ölkədə fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla aparılan bütün əməliyyatları, qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla ölkə ərazisində aparılan tranzaksiyaları əhatə edir.
Fuad Mədətov
Finss.az
