2025-ci ilin noyabr ayının sonuna olan məlumata görə, rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları vasitəsilə 4,5 milyard manat məbləğində 70,7 milyon əməliyyat həyata keçirilib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 13% artaraq 5,1 milyon ədəd, əməliyyatların məbləği isə 2% azalıb (93 min manat).
Eyni dövrdə qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı 509 min, həcmi isə 50,7 milyon manat təşkil edib.
Qeyd olunur ki, rezident kartlar üzrə əməliyyatlar ölkədə fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla aparılan bütün əməliyyatları, qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla ölkə ərazisində aparılan tranzaksiyaları əhatə edir.
Fuad Mədətov
Finss.az
