Azərbaycan rezidentləri tərəfindən “American Express” kartları ilə əməliyyatların həcmi və sayı kəskin azalıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin noyabr ayının sonunadək rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları ilə aparılan əməliyyatların sayı 5,4 min, həcmi isə 700 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayında 99,5%, həcminə isə 97,3% azalma deməkdir (2024-cü ilin noyabrında əməliyyatların sayı 979,2 min ədəd, həcmi isə 25,4 milyon manat olub).
Eyni dövrdə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartları ilə aparılan əməliyyatların sayı 1,5 milyon, həcmi isə 800 min manat təşkil edib.
Qeyd olunur ki, rezident maliyyə təşkilatlarının əməliyyat göstəriciləri ölkədə fəaliyyət göstərən yerli banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları ilə aparılan ümumi əməliyyatlara daxildir.
Fuad Mədətov
Finss.az
