BANK

30 Dekabr

Azərbaycanda nağdsız ödənişlərin həcmi və sayı artıb

Azərbaycanın ödəniş sistemi göstəricilərinin 2025-ci ilin noyabr ayı açıqlanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi 362,5 milyon manat, sayı isə 2,6 milyon ədəd təşkil edib. Bu göstəricilər ötən ilin eyni ayı ilə müqayisədə həcmin 4,3 dəfə, əməliyyat sayının isə 35,8 dəfə artması deməkdir. Qeyd edək ki, 2024-cü ilin noyabr ayında AÖS əməliyyatlarının həcmi 84,3 milyon manat, sayı isə 72 min ədəd olmuşdu.

Eyni dövrdə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖNKS) vasitəsilə aparılan əməliyyatların həcmi 3,9 milyard manat, sayı isə 8 milyon ədəd olub. Ötən ilin noyabr ayı ilə müqayisədə XÖNKS əməliyyatlarının həcmi 1% azalmış, əməliyyat sayı isə 42,4% azalıb.

Fuad Mədətov
Finss.az